Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Misirdə inqilab başa çatdı

Aida Bağırova: “Referendumdan sonra ölkədə proseslər nisbətən sakit şəkildə gedəcək...”
Misirdə yanvarın 14-15-də keçirilmiş referendumun nəticələri elan olunub. “Euronews” telekanalının məlumatına görə, Misir Mərkəzi Seçki Komissiyasının rəhbəri Nəbil Salibin açıqladığı məlumata görə, səsvermədə iştirak edənlərin 98,1 faizi yeni konstitusiyanı dəstəkləyib.

N.Salib bildirib ki, referendumda Misir əhalisinin 38,6 faizi və ya 20 milyondan bir qədər artıq insan iştirak edib. MSK sədri bu nəticəni xeyli uğurlu adlandırıb. Qeyd edək ki, Misirdə 3 il əvvəl baş vermiş inqilab nəticəsində 30 il ölkəni idarə etmiş Hüsnü Mübarək istefaya gedib. 2012-ci ildə isə Misirdə yeni konstitusiya qəbul olunub və prezident seçkiləri keçirilib. Ancaq 2013-cü il iyulun 3-də ordu “Müsəalman Qardaşlar” Hərəkatının təmsilçisi Məhəmməd Mursini devirərək hakimiyyətə nəzarəti ələ keçirib. Bundan sonra qüvvədə olan konstitusiya ləğv olunub.

“Müsəlman Qardaşlar” Hərəkatı son referendumu boykot edib. Bir sıra müşahidəçilərə görə, referendumda iştirak faizinin aşağı olmasının əsas səbəbi məhz “qardaşlar”ın boykot çağırışıdır. Martda bu ölkədə yeni prezident seçkiləri keçirilməlidir. Məlumatlara görə, hazırkı müdafiə naziri Əbdülfəttah əl-Sisi ölkənin yeni prezidenti olmağa hazırlaşır.
BDU-nun dosenti, şərqşünas-alim Aida Bağırovanın fikrincə, Misirdə baş tutan referendumu bu ölkədə ötən il baş verən hərbi çevrilişdən sonra başlanan bir dövrün başa çatması hesab etmək olar. “Artıq Misirin ”Müsəlman Qardaşları"ndan sonrakı siyasi proses başlayıb. Məsələ burasındadır ki, “Müsəlman Qardaşlar” hakimiyyəti dönəmində hazırlanan Misir konstitusiyasında ölkədə daha çox müsəlman dövləti və İslam hüququnun üstünlük təşkil etməsi faktı vardı. Ancaq indiki konstitusiyada bir sıra cəlbedici maddələr var. Eyni zamanda hərbçilər bir sıra cəlbedici addımlar atdılar. Misir məhkəməsi korrupsiya, siyasi proseslərə yersiz müdaxilə ittihamları ilə 500 nəfərə yaxın vəqf, siyasətçi və iş adamı barəsində əmlakın müsadirəsi ilə bağlı qərar vermişdi. Bu populyar addım idi. İkinci tərəfdən də bu qərar islamçı qüvvələrin maddi bazasını zəiflətməyə yönəlmişdi. Bütün bunlar Misir cəmiyyətini referenduma hazırlayırdı. Ancaq eyni zamanda yarım milyon Misirli xaricdə yaşayırdı, onların böyük qismi referendumun əleyhinə səs verdilər. Bundan başqa, əhalinin böyük qismi referenduma qatılmadı".
Aida Bağırova deyir ki, bir neçə ay sonra keçiriləcək seçkilərdə müdafiə naziri əl-Sisinin prezident seçilməsi imkanları çoxdur. Şərqşünas-alimə görə, Misirdə proseslər bundan sonra nisbətən sakit şəkildə davam edəcək: “11 yanvarda əl-Sisi bəyan etdi ki, gələcək seçkilərdə ”əgər xalq istəsə" və ordunun razılığı olsa o öz namizədliyini verə bilər. Bu isə o deməkdir ki, Sisinin prezident seçilməsi xeyli dərəcədə realdır. Bu vəziyyəti tam olaraq Mübarək hakimiyyətinin geri qayıtması kimi qiymətləndirmək olmaz. Əlbəttə, müəyyən əlamətlər var. Böyük siyasi proseslər, inqilab bu vəziyyətə gətirdi. Amma yenidən tam olaraq Mübarək rejimi bərpa olunması real deyil. Üstəlik indi şərtlər də fərqlidir. Yeni Misir konstitusiyasında İslam şəriəti ilə Misir reallıqları nəzərə alınıb. “Əl-Əzhər” şeyxləri çevrilişə dəstək verdilər, eyni zamanda onların açıq şəkildə olmasa da Misir siyasətinə hər zaman təsiri olub".

A.Bağırova deyir ki, Misirdəki referendum həm də “ərəb baharı”nın Misir mərhələsinin başa çatması kimi də qiymətləndirilə bilər: “Misirdə inqilabi proseslər üç mərhələdən ibarət oldu. Birinci mərhələ, Mübarəkin inqilab şəraitində hakimiyyətdən getməsi. Bundan sonra hakimiyyətə yeni qüvvələrin gəlməsi və müəyyən zamandan sonra daxili və xarici faktorlar nəticəsində onların hakimiyyətdə qala bilməməsi. Və nəhayət, hərbi çevrilişdən sonra hakimiyyətə hərbçilərin gəlməsi. Artıq inqilab mərhələsi arxada qalıb. Bu seçkilərdə ciddi siyasi mübarizə olsa da, qeyri-adi hadisənin baş verəcəyini gözləmirəm. Yeni Misir konstitusiyası bir növ cəmiyyətin bütün tərəfləri ilə balans yarada bilir. Ona görə də seçkilərdə gözlənilməz hadisələrin baş verəcəyini gözləmirəm. Amma kənar qüvvələr bundan faydalana bilər. Təsadüfi deyil ki, Misir XİN müəyyən qüvvələrə qarşı bəyanat vermişdi. Qətər və İranın adı Misirin daxili işlərinə qarışmaqda ittiham olunurdu. Ümid edək ki, Misir bundan sonra sabit inkişaf yoluna qədəm qoyacaq”.

KƏNAN/musavat
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı