Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Kola gəncin ölümünə səbəb oldu

Kola ölümə səbəb oldu. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin "Mirror" qəzeti yazıb ki,bir gündə 3 litr kola içən 30 yaşlı Yorkshirelı gənc Paul Inman ağciyərlərinin şişməsi nəticəsində ölüb.

Gəncin "Aspenger Sindromu" xəstəliyi olduğu və uzun müddətdir evdən yalnız qazlı içki almaq üçün bayıra çıxdığı ifadə edilib.

Inmanın ölümündən sonra açıqlama verən doktor Deyrdre Mak Kenna gəncin uşaqlıqdan bəri həddindən artıq dərəcədə kola və bu cür qazlı içkilər içməsi nəticəsində onun vəziyyətini bu cür acınacaqlı hala gətirib çıxardığını bildirib.

Qeyd edək ki, anası həkim olan bu gəncin 10 yaşından bəri kola və buna bənzər içkilərdən çox istifadə etməsi anası tərəfindən təsdiqlənib.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33