Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Öcalan Ərdoğana marta qədər vaxt verdi

Avropada fəaliyyət göstərən qeyri-qanuni Kongra-Gel təşkilatının başçısı Rəmzi Qartal, Şimali İraqda kürdcə nəşr olunan Hawlati qəzetinə açıqlama verib. O, bildirib ki, İmralıda olan Abdullah Öcalan "kürd problemi"nin həlli müddəti mövzusunda lazımi addımların atılması üçün AKP hökumətinə martda keçiriləcək bələdiyyə seçkilərinin sonuna qədər vaxt verib.
Rəmzi Qartalın sözlərinə görə, bu müddətin bitimindən sonra Ərdoğan hökumətinin ciddi addımlar atması vacibdir. AKP-nin siyasətinin qazanc üzərinə qurulduğunu iddia edən R.Qartal "AKP, hər şeyə iqtisadi qazanc üzərindən baxır. İraq Kürdüstanı hökuməti ilə də bu istiqamətdə belə bir əlaqə yaradılmışdır".
R.Qartal İraqdakı regional kürd rəhbərliyinin Türkiyədəki "kürd problemi" və Suriyadakı Rojava bölgəsi mövzusunda AKP-nin İraqdakı bir qolu kimi siyasət fəaliyyətlə məşğul olduğunu da qeyd edib./Musavat/
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:48