Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Bakıda saxta pullar tapıldı

Ötən gün Qaradağ rayonunda Ağdaş rayonun sakinindən 200 manat saxta əskinas götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ans-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 və 4 ədəd 10 manatlıq saxta əskinaslar götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24