Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Şəkidə 26 yaşlı gənc intihar edib

Şəkidə intihar hadisəsi baş verib. Şəki şəhər-rayon Polis Şöbəsindən apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, intihar bu gün səhər saatlarında Şəki şəhəri, Pişnamazadə küçəsi, ev-40-a baş verib. 1988-ci il təvəllüdlü, Şəki şəhər sakini Sadıqov Sərxan Məhəmməd oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki alma ağacından asaraq intihar edib. Şəki ŞRPŞ-dən bildirilib ki, Sərxan Sadıqov Şəki əsəb xəstəlikləri dispanserində qeydiyyatda olub, əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
1330 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09