Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Polkovnik damarlarını doğrayıb, əsgərlər özünü güllələyib: 15 hərbçinın intiharı…

Hərbi qulluqçularımız niyə özünəqəsdə əl atırlar..?

2014-cü ilin 20 günü geridə qalır. Bu müddətdə Azərbaycan ordusunun 4 əsgəri intihar etməklə həyatına son qoyub. Yenicə hərbi xidmətə çağırılan iki əsgər isə (Rəvan Əlizadə və Nicat Nəcəfov) bir neçə gün əvvəl Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. İntihara cəhd edən hər iki əsgər Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdiriliblər. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir.

İlk növbədə onu qeyd edək ki, 20 gün ərzində 4 əsgərin intiharı, ikisinin isə canına qəsdə cəhd etməsi böyük, həm də narahatlığa səbəb olacaq göstəricidir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra orduya nəzarət, buradakı problemlərin həlli istiqamətində xeyli iş görülüb. Nazirin özünün vaxtaşırı hərbi hissələrə yollanıb vəziyyətlə birbaşa tanış olması, şübhəsiz ki, mövcud problemlərin həlli istiqamətində müsbət nəticə əldə olunmasına ciddi təsir göstərəcək.

Ancaq etiraf etmək lazımdır ki, ordumuzda əsgərlərin psixologiyası ilə bağlı kifayət qədər problem də var. Bunu 2013-cü il ərzində Silahlı Qüvvələrdə qeydə alınan intihar halları bir daha təsdiqləyir.

Modern.az saytının rəsmi mənbələrin məlumatları əsasında apardığı araşdırmaya görə, ötən il ordumuzun 15 hərbçisi bu və digər səbəbdən canına qəsd edib. Daha 4 cəhd isə uğursuz nəticələnib.

Ordumuzun əsgərləri özlərini niyə güllələyiblər

Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçay rayonu, Kürdəmiş kənd sakini, 23 yaşlı Seymur Allahverdiyev Seymur postda olarkən tabeliyindəki avtomat silahdan atəş açaraq intihar edib.
17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev ötən ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin həyatına hansı səbəbdən qəsd etməsi açıqlanmayıb.

Ordumuzun Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, əsgər Orxan Mirzəzadə də tabeliyindəki silahdan atəş açaraq özünü öldürüb. Bu intiharın da səbəbləri məlum deyil.

Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgəri Elman İmanov postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılan Emin Quliyev ona təhkim olunmuş avtomat silahla özünü vurub.

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, Cəncə şəhəri, Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 19 yaşlı Nəcəf Əliyev tabeliyindəki avtomat silahla özünü öldürüb.

Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Elşad İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, Goranboy rayonundan hərbi xidmətə çağırılmışdı.

Müdafiə Nazirliyi, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Anar Əsgərli tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Martın 24-də Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin (XDBMİ) əsgəri özünü asaraq intihar edib. Bakıda yerləşən XDBMİ-nin helikopter meydanında özünü asaraq intihar edən əsgər Səbail Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Məmmədağa Məmmədov olub. Əsgərin nə səbəbdən intihar etdiyi açıqlanmayıb.

Xətai rayonunda kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 22 yaşlı İbrahim Qafarov özünü asaraq intihar edib. İntihar hadisəsinin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Mehdiyev özünü asaraq intihar edib.

Daha bir intihar hadisəsi Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu, Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydə alınıb. Göranboy rayonu, Qızılhacılı kəndindən hərbi xidmətə çağırılan Nofəl Məmmədov xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb. Əsgərin yaxınlarının dediklərinə görə, onun bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub. Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 24 yaşlı Vüqar Cəfərov Gəncə şəhərində həyatına son qyub. Onun meyiti Kəpəz rayonu ərazisində ağacdan asılmış vəziyyətdə tapılıb.

Əsgər özünü hündürlükdən atıb

Aprelin 3-də Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində faciəvi hadisə baş verib. Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan əsgər, 18 yaşlı Fərman Hüseynov özünü kazarmanın 3-cü mərtəbəsindən atıb.

Polkovnik-leytenantın dəhşətli intiharı

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb və tkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti “Şəfa” stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib.

Əsgər yoldaşını, sonra isə özünü güllələyib

Milli Ordunun əsgəri Türkan Əhədzadə avtomatdan atəş açaraq əsgər yoldaşı Hidayət Hacıyevi güllələyib. T. Əhədzadə daha sonra öz ayağına atəş açıb. H. Hacıyev qarın nahiyəsindən, T.Əhədzadə isə ayağından aldığı güllə yaraları ilə hospitala yerləşdiriliblər.

Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsinin əsgəri, 19 yaşlı Nadir Şabanov tabeliyindəki silahla özünü vurub. Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılan əgsər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin 19 yaşlı əsgəri, Nazim Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb.

Ordumuzun zabiti özünü asıb

Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin leytenantı, Elşən Sərxanlı özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, tağım komandiri olan hərbçi ailədaxili problemlər üzündən həyatına qəsd edib. /musavat/
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı