Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Moskvada restorana basqın: 50 “vor zakon” tutuldu

Rusiya xüsusi təyinatlıları Moskva restoranlarının birində slavyan kriminal qruplaşmaların “sxodka”sına basqın edib.

Virtualaz.org saytı xəbər verir ki, yanvarın 20-nə keçən gecə keçirilmiş əməliyyatda 50 “vor zakon” saxlanılıb, onlardan biri də “Kostya Şram” ləqəbli, 42 yaşlı məşhur kriminal avtoritet Konstantin Vasilyevdir. K.Vasilyev Rusiyada slavyan mənşəli ən məşhur “vor zakon”lardan biridir.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Moskvanın Şimal-Qərb inzibati dairəsində yerləşən restoranların birində kriminal struktuların toplantısının keçiriləcəyinə dair əməliyyat məlumatı daxil olub. “Kostya Şram”ın başçılığı ilə keçirilən toplantıda nüfuz bölgüsü məsələləri müzakirə etmək planlaşdırılıbmış. “Sxodka” Moskvanın şimal-qərbindəki “Stroqinskaya poyma” restoranında keçirilib.

“Kostya Şram” bazar günü axşam xristianların dini ayinlərindən olan xaç suyunda çimmə mərasiminə qatılandan sonra Vladimir vilayəti üzrə vəziyyətə nəzarət edən kriminal avtoritetləri restorana yığıb.

“Sxodka”ya Tailanddan yeni qayıtmış “vor zakon” Vladimir Ozerski də qatılıb. Lakin xüsusi təyinatlılar restorana basqın etməzdən az əvvəl o və daha iki “vor zakon” qaça bilib. Bununla bağlı hüquq-mühafizə orqanlarından bildiriblər ki, görünür, Daxili İşlər Nazirliyində mafiyanı təhlükə barədə xəbərdar edən mənbə var. Saxlanılanlar polis bölməsinə aparılıb, hazırda onların ağır cinayətlərdə iştirakı məsələsi araşdırılır.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP