Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Ərdoğanın partiyasından 50 nəfər istefa verdi

Türkiyədə hakimiyyətdə təmsil olunan Ədalət və İnkişaf Partiyasını (AK parti) kütləvi istefalar dalğası bürüyüb. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partiyanın Adana şəhərində yerləşən bölməsində 50 nəfər istefa verib.

Üzvlərin kütləvi formada istefa etmələrinə səbəb kimi partiyanın Adana şəhərində rəhbəri olan Ziyaeddin Yağıcının vəzifəsindən getməsi göstərilir.

Belə ki, Z Yağçı vəzifədən getdiyini açıqladıqdan sonra onunla birlikdə rəhbərlikdə təmsil olunan 50 partiya üzvünün də istefa verdikləri açıqlanıb. Yağıcının istefasından sonra onun vəzifəsinə İsmail Bilənin gətirildiyi bildirilir.
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber