Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Suriyada Azərbaycan vətəndaşı olan daha iki terrorçu öldürülüb

Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülüb.

Bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli terrorçu dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.

“Seyfullah ləzgi” ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur.

Terrorçuların yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Terrorçular onun fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/


1430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber