Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Hakimiyyət Leyla Yunusun tədbirini pozdu

Sülh və Demokratiya İnstitunun siyasi məhbusların siyahısının elan ediləcəyi tədbirə icazə verilmədi

Sülh və Demokratiya İnstitunun yanvarın 23-də Azərbaycanda siyasi məhbusların siyahısını elan etmək üçün keçirməyi planlaşdırdığı tədbirin qarşısı alınıb. Təşkilatın rəhbəri L.Yunus «Azadlıq»a açıqlamasında tədbirin keçirilməsi üçün bir neçə gün öncə Bakıda fəaliyyət göstərən üç mehmanxaya müraciət etdiyini söylədi. Onlar «Diplomat», «Park İnn» və «İsr plaza» otelləridir. Hər üç otel tədbirin keçirilməsi üçün məkanın ayırmağa hazır olduqlarını bəyan ediblər.

L.Yunus qiyməti digərlərinə nisbətən daha münasib olduğu üçün «Diplomat» otelini seçib və oteldən təsdiq cavabı aldıqdan dərhal sonra ölkəmizdə fəaliyyət göstərən səfirliklərə dəvət yollayıb. Azərbayca fəaliyyət göstərən 12 diplomatik nümayəndəlik səfirlər səviyyəsində tədbirə qatılacaqlarını bəyan ediblər. Amma bu gün saat 14.00-da «Diplomat» otelin nümayəndəsi zəng edərək L.Yunusa ona tədbir üçün məkan ayıra bilməyəcəklərini söyləyib. L.Yunus nümayəndə ilə danışıqdan bunun hakimiyyətin göstərişi ilə baş verdiyini anlayıb: «Mən başa düşmürəm nəyə görə mənə tədbir keçirməyə imkan vermirlər? Mənim bir çox həmkarlarım asanlıqla tədbirlərini keçirə bilirlər. Mən isə bu hüquqdan məhrum olunmuşam. Mənim tədbirim hakimiyyətin siyasi məhbus problemi ilə bağlı sərgilədiyi mövqeyə görə idi. Dövlət başçısı İlham Əliyev Brüsselə son səfəri zamanı Azərbaycanda siyasi məhbusların olmadığını bəyan edib. Ona görə biz yanvarın 23-də Azərbaycandakı siyasi məhbusların sayına dair tədbir keçirməyi qərara aldıq. Bu tədbirlə biz yerli və xarici ictimaiyyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəltmək istəyirdik. Tədbirdə siyasi məhbusların sayı ilə yanaşı hər bir şəxs barədə əlavə məlumat veriləcəkdi. Bu tədbirdə eyni zamanda AŞ PA həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycandan hakimiyyətindən rüşvət aldığı vurğulanacaqdı. Məhz həmməruzəçilərin bu cür fəaliyyəti nəticəsində Azərbaycanda siyasi məhbusların sayı durmadan artır».
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber