Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Bizim bu qəsəbəyə aidiyyatımız yoxdur

Sakinlərin sözlərinə görə, bu qəsəbə Naxalstroyun unudulmuş qəsəbəsidir. Elşən və Səbuhi bəy bildirdi ki, bu qəsəbəyə ayaq basanda elə bilirlər burada yaşayan yoxdur. Qəsəbəmizin yolları bərbad gündədir, hər tərəfi zibillik və qamışlıqdır, suyumuz gəlmir. Yağış, qar yağanda hər tərəf palçıq olur. Buna dözərik, amma uşaqlarımız xəstələndikdə, təcili yardım maşını çağırmaq lazım gəlir. Onlar biləndə ki, Naxalstroydandı, heç kim gəlmir. İnanırsınız, bu qəsəbədə məktəb də yoxdur. Xəstələnib ölsək, bizə baxan olmayacaq, çünki aptek belə yoxdur qəsəbəmizdə. Övladlarımızı haradan-hara oxumağa göndəririk. Bizə bir kömək edin.
Sumqayıt şəhər İcra Hakimiyyətinə getdiyimizdə isə bizə bildirdilər ki, adından göründüyü kimi, Naxalstroydu, bizim bu qəsəbəyə aidiyyatımız yoxdur. Əlimizdən gəldiyi kimi kömək edirik.
Belə bir yerdə necə yaşamaq olar? Bu qəsəbədə yaşayan insanların dərdləri böyükdür. Ümid edirəm ki, hökumətimiz kömək edər./starxeber /


1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı