Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Ukrayna müxalifəti “xalq yığıncağı” və yürüş keçirəcək

Yanvarın 22-də Ukrayna müxalifəti Kiyevdə “xalq yığıncağı” və yürüş keçirəcək.

“RBK”-nın verdiyi xəbərə görə, bunu “Svoboda” birliyinin lideri Oleq Tyaqnibok “Maydan”da bəyan edib.

“Yanvarın 22-də Ukraynanın dövlət bayramı Sobornost Gününə həsr olunmuş böyük “xalq yığıncağı” və yürüş olacaq. Hamını yürüşdə iştirak etməyə çağırıram. Bununla biz xalqa qarşı çıxan Yanukoviç hökumətinə birlik və qətiyyətimizi nümayiş etdirəcəyik”, - deyə O.Tyaqnibok bildirib.
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11