Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

İran heç bir ön şərtsiz Suriya konfransında iştirak edəcək

İran XİN: İran heç bir ön şərtsiz Suriya konfransında iştirak edəcək

İran Suriya böhranının həlli məqsədilə İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransda heç bir ön şərtsiz iştirak edəcək.

İRİB-in verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran Suriya konfransına qatılmaq üçün hər hansı bir ön şərti rədd edir: “İran Suriya böhranının siyasi yolla həll edilməsini dəstəkləyir və bu mövzuda ən öncül ölkələrdən biridir. Biz Cenevrə konfransının Suriya böhranının həlli istiqamətində təsirli addımlar atmaq üçün uyğun bir zəmin ola biləcəyini hesab edirik”.

M.Əfxəm deyib kii, İran Suriya böhranının həllində təsiredici rol oynamaq üçün Cenevrə konfransına dəvət edilib: “İran Suriya konfransında iştirak etmək üçün heç bir ön şərti qəbul etməyəcək”.

Qeyd edək ki, BMT baş katibi Pan Gi Mun İranı Suriya böhranının həlli məqsədilə yanvarın 22-də İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa rəsmi şəkildə dəvət edib. Ancaq ABŞ Dövlət Departamenti İran Suriya böhranının həlli məqsədilə Cenevrədə keçirilmiş ilk beynəlxalq konfransın bəyannaməsini qəbul etməsini əsas şərt kimi irəli sürür./apa/
1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49