Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Təkfirçulər Soçidə terror aktı keçirəcəklərilə hədələyirlər

Qış Olimpiya oyunlarına 2 həftə qalmış terrorçuların "Vilayət Dağıstan" saytında dərc edilmiş videoda "Ənsar əl-Sünnə" qrupunun nümayəndələri Soçidə idman yarışı zamanı terror aktları törədəcəkləri barədə hədələr səsləndiriblər.

ABŞ-da mənzillənən terrorizm hadisələrini izləyən SİTE Monitoring Service internet–resursuna əsasən, videoda dekabr ayında Volqoqrad şəhərində törədilmiş terror aktlarına görə məsuliyyəti "Ənsar əl-Sünnə" adlı qruplaşma üzərinə götürüb. Bu qrupun üzvləri bəyan edib ki, Volqoqrad partlayışlarını Süleyman və Əbdürrəhman adlı şəxslər həyata keçiriblər.

Rusiya hüquq-mühafizə orqanları bu məlumata hələlik münasibət bildirməyiblər.

Bazar günü internetdə dərc edilmiş videoda çıxış edən iki şəxs Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya Dövlət başçısı və Olimpiada qonaqlarına Soçidə "hədiyyə hazırladıqlarını" bildiriblər.

Bazar ertəsi günü Dövlət Dumasının deputatı Mixail Markelov Rusiya Baş prokurorluğuna müraciət edərək “Vilayət Dağıstan” saytı ilə bağlı resurslara istifadəçi çıxışını məhdudlaşdırmağa çağırıb.

"Hədələr ciddidir"

ABŞ konqresmenləri bu arada Soçi Olimpiadasında təhlükəsizlik məsələlərilə bağlı narahtlıq bildirirlər.

"Bu hədələr ciddidir. Onlar hücumlara çağırış səsləndirirlər. Düşünürəm ki, buna cəhd edilməsi hallarının şahidi olacayıq", ABC telekanalına müsahibəsində Konqresin namyəndələr palatasının Milli Təhlükəsizlik komitəsinin rəhbəri respublikaçı Michael McCaul deyib.

Onun təbirincə, Rusiya rəsmiləri bu qəbildən olan hədələrə bütün ciddiliyilə yanaşırlar.

Konqresmenin təbirincə Olimpiada zamanı Soçidə 20-dən çox FBİ agenti olacaq.

Onun qənaətincə, təhlükəsizlik məsələlərində Rusiya və ABŞ daha səmərəli əməkdaşlıq edə bilərdilər. Konqresmen eləcə də, Soçidə fövqəladə vəziyyətin yaranacağı halda evakuasiya və hərəkət planları barədə daha geniş məlumata malik olması arzusunda olduğunu vurğulayıb.
1448 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat