Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Futbolda narıncı kart təklif olunur

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) baş katibinin sabiq müavini, federasiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüş Jerom Şampan hakimlər üçün narıncı vərəqənin tətbiqini zəruri sayır.

Virtualaz.org saytı rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazır.

Futbolda qırmızı vərəqə hakim tərəfindən futbolçuya xüsusilə kobud qayda pozuntusu, idmançıya yaraşmayan hərəkətlərə görə verilir. Sarı vərəqə isə xəbərdarlıq deməkdir.

Bundan başqa, J.Şampan hesab edir ki, narıncı vərəqə tətbiq etmək lazımdır. Bu vərəqə meydandan qovulmaya səbəb olmayan qayda pozuntusu zamanı göstəriləcək. Belə ki, narıncı vərəqə futbolçuya sonuncu xəbərdarlıq olacaq.
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı