Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Kliçko ABŞ-ın rezidenti imiş

Ukraynanın müxalifətçi UDAR Partiyasının lideri, Ali Radanın deputatı Vitali Kliçko ABŞ-ın rezidenti imiş. Bu status ona ABŞ ərazisində yaşamaq və işləmək hüququ verir, həmçinin ondan ABŞ xəzinəsinə vergi ödəməyi tələb edir.

Virtualaz.org saytının xəbərinə görə, bu barədə Ukraynanın “Zakon i biznes” qəzeti bu gün məlumat yayıb. Qəzet V.Kliçkonun rezident olduğunu təsdiqləyən sənədləri də dərc edib.

Nəşrin yazdığına görə, V.Kliçko ABŞ-ın sosial sığorta xidmətinə məxsus xüsusi nömrənin (SSN - Social Security Number) də əks olunduğu vergi bəyannaməsini təqdim edib. ABŞ hökuməti bu unikal nömrədən öz vətəndaşlarını və rezidentlərini dəqiq müəyyən etmək, onların gəlirlərinin dəqiq hesabatını aparmaq üçün yararlanır. Təqdim olunmuş bəyannaməyə əsasən təkcə V.Kliçkonun özünün yox, onun ailə üzvlərinin - arvadının və uşaqlarının da belə identifikasiya nömrələri var. 2012-ci ilin bəyannaməsinə əsasən V.Kliçkonun 2012-ci ildəki gəlirləri təxminən 12 milyon dollar (100 milyon Ukrayna qriveninə yaxın) olub.

Həm bu amil, həm də V.Kliçkonun Almaniyada da daimi yaşamaq hüququna malik olması faktı məşhur boksçu olan müxalifət liderinin 2015-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak etmək imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Onun namizədliyini sadəcə qeydə almazlar. Halbuki V.Kliçko hazırda prezident Viktor Yanukoviçə ən real və ciddi rəqiblərdən biri hesab olunur...
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı