Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Əsəd Fransanı günahlandırdı

Bəşər Əsəd Fransanın sanki Qətər və Səudiyyə Ərəbistanının vəkili kimi davrandığını iddia edib

Dünya Suriya prezidenti Bəşər Əsəd Fransanı, Qətər və Səudiyyə Ərəbistanından külli miqdarda pul alıb Suriyalı müxalifləri dəstəkləməklə günahlandırıb.

Türkiyə mediasının məlumatına görə, Fransa mətbuatında yer alan xəbərlərdə Əsəd Fransanın sanki Qətər və Səudiyyə Ərəbistanının vəkili kimi davrandığını iddia edib.

Əsəd "Qərb ölkələri, xüsusilə Fransa, necə öz qanunlarını və Fransız inqilabını bir neçə milyon dollar uğrunda sata bilər" deyib.

Qərb və Körfəz ölkələrinə Suriyalı müxaliflərə verdiyi dəstəyə görə sərt tənqidlər yönəldən Əsəd Avropa İttifaqının Yaxın Şərq siyasətini artıq ABŞ-ın müəyyən etdiyini qeyd edib: "11 sentyabr tarixindən etibarən Avropa xarici siyasəti ortada yoxdur".

Qeyd edək ki, Fransa suriyalı müxalifləri rəsmi olaraq ilk tanıyan Avropa ölkəsidir.
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:02