Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

ABŞ-n iki ştatında güllələnmə hökmü bərpa oluna bilər

Amerikanın Vayominq və Missuri ştatlarında güllələnmə ilə ölüm hökmü bərpa edilə bilər. Müvafiq qanun layihəsi artıq ştatların Nümayəndələr Palatasında birinci oxunuşdan qəbul edilib.

Qanun layihəsinin meydana çıxmasına səbəb ölümə məhkum edilmiş cinayətkarların edamı üçün lazım olunan ölümcül inyeksiyaların baha olması, həmçinin əczaçılıq firmalarının müvafiq preparatları türmələrə vermək istəməməsi göstərilir.

Deputatlar bununla da vergiödəyicilərinin vəsaitlərinə qənaət eləmək istəyirlər və 10 il öncə ləğv edilmiş güllələnmələrin yüksək dərəcədə effektli olduğunu bildirirlər.

Qeyd edək ki, ölüm hökmü ABŞ-n 50 ştatından 32-də tətbiq edilir. Onların çoxunda edam qanunla nəzərdə tutulduğu kimi - zəhərli iynə vasitəsilə həyata keçirilir./musavat/
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...