Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

İraq "Hizbullah"-ı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

"Hizbullah" Səudiyyə Ərəbistanına Suriyaya hərbi müdaxilə ilə bağlı xəbərdarlıq edib

İslamazeri.az-ın "ABNA"-ya istinadən verdiyi xəbərə görə, İraq müqavimət hərəkatı "Hizbullah" bildirib ki, Səudiyyə Ərəbistanı Suriyaya hücum edərsə gözləmədiyi hadisələrlə qarşılaşacaq.

İraq "Hizbullah"-ının verdiyi bəyanatda deyilir ki, Səudiyyənin təkfirçi rejimi ABŞ rəhbərliyi altında Suriyaya hərbi müdaxilə üçün bütün gücünü səfərbər edib. Səudiyyə Ərəbistanı İraqda və Suriyada Əhli-Beyt (ə) ziyarətgah və məscidləri partlatmaq üçün terrorçular göndərir.

İraq "Hizbullah"-ı hərbçilərinin Səudiyyə Ərəbistanına girmək üçün hazır vəziyyətdə olduğu bildirilib və xəbərdarlıq edib ki, Suriyaya olunan hər hansısa hücum Səudiyyənin "Hizbullah" tərəfindən hücumuna məruz qalacaq və vəhabiyyətin sona çatmasına səbəb olacaq.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber