Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Astarada müəllimlərin talanı başlayıb

İcra başçısı Qəzənfər Ağayevin tapşırığına əsasən təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova hər müəllimdən 22 manatdan pul yığır

Astaranın icra başçısı Qəzənfər Ağayevin pul qazanmaq üçün müxtəlif variantlara əl atmasına dair daha bir məlumat üzə çıxıb. Rayonda gəlirli sahələri bütünlüklə ələ keçirən icra başçısının yeni planı isə təhsil işçilərini talamaqdan ibarətdir.

Artıq ötən həftədən etibarən Qəzənfər Ağayevin göstərişinə əsasən Astara təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova orta məktəblərdə dərs deyən hər birt müəllimdən qəzetlərə abunə olunması adı altında 22 manatdan pul yığılır. Qeyd olunur ki, bu prosesi həyata keçirmək üçün xanım Məmmədova rayonun 63 orta məktə direktorunu bir araya gətirərək, onlardan həmin pulu vermələrini tələb edib.

Qeyd edək ki, Qəzənfər Ağayev və Qızbəs Məmmədovanın düşündüyü bu plan hər iki şəxsə 50 min manat qazanc gətirəcək. Belə ki, hazırda Astarada 2500 nəfər müəllim çalışır və onların hər birindən 22 manat alındıqda, bu təqribən 55 min manat vəsait edir.

Jam.az-a məlumat ünvanlayan müəllimlər isə deyirlər ki, heç kim bu qərara etiraz edə bilmir. «Səsini çıxaranları işdən çıxaracaqları ilə təhdid edirlər. Üstəlik, etiraz olduqda bunu siyasiləşdirirlər ki, nəticədə, müəllim geri çəkilməli olur. Çox güman ki, onun 50 mininin abunə haqqına aidiyyatı yoxdur. Bir də ki, bizə məgər bu qəzetlər lazımdır? Onsuz da televiziyalardan, internetdən çoxsaylı informasiyalar alırıq. Boş yerə niyə 1 kisə unun pulunu lazım olmayan bir kağız parçasına verək? Qazet məcburi qaydada özünə oxucu qazanmamalı, kiminsə cibinə girməməlidir. Hansı zəmanədir ki, cəmiyyətin ziyalısı olan müəllimi zorən qəzetə abunə etdirəsən?”
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı