Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

“Skinhed”lərdən Qafqaz və Orta Asiyalılara hücum

Moskvada yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib

Minlərlə azərbaycanlının yaşadığı Brulyova rayonunda qeyri-slavyan görkəmi olan şəxslərin küçəyə çıxması təhlükəli hesab olunur

Rusiya paytaxtında yüzlərlə rus milliyyətçisi olan “skinhed” Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib. APA-nın Moskva müxbiri xəbər verir ki, hadisə bu gün paytaxtın Brulyova rayonunda baş verib.

Rus milliyyətçiləri oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatilinin tapılmamasına etiraz edərək, Qafqaz və Orta Asyadan olanların çalışdığı “Biryoza” ticarət mərkəzinə hücum ediblər. Nəticədə 5 nəfər Orta Asya ölkələrindən olan şəxs ölümcül döyülüb. Onlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilib.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. Rus milliyyətçiləri polislərə də müqavimət göstəriblər. Daş-kəsək və dəmir alətlərlə onlara xəsarət yetirilib.

Ticarət Mərkəzinə daxil olan milliyyətçiləri sakitləşdirmək mümkün olmayıb. Onlar mağazalara, ətrafda yerləşən obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Vəziyyətin getdikcə gərginləşdiyini görən Moskva Baş Polis İdarəsi hadisə yerinə çoxlu sayda OMON dəstələri yeridib.

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Brulyova rayonunda baş verən hadisə ilə bağlı təcili göstərişlər verib. Brulyova rayonunda yerləşən meydana yığışanları dağıtmaq üçün “Vulkan” kod adı altında əməliyyat keçirilib. Nəticədə 200 nəfər saxlanılıb.

Qeyd edək ki, oktyabrın 10-da qətlə yetirilən İqor Şerbakovun qatili hələ də tapılmayıb. Çoxlu sayda bıçaq zərbəsi ilə törədilmiş qətli qeyri-slavyan mənşəli, qafqazlı görkəmli şəxsin törətdiyi bildirilib. Qatilin hələ də tapılmamasına etiraz edən yüzlərlə rus milliyyətçisi paytaxtda yaşayan qeyri-slavyanlara qarşı hədə-qorxu və milli zəmində sərt irqçi şüarlar səsləndiriblər. Hazırda Brulyova rayonunda küçələrdə qeyri-slavyan görkəmli şəxslərin gəzməsi təhlükəli hesab olunur.

Bu dəqiqələrdə də Brulyova küçələrində qruplar şəklində “skinhed”lərə rast gəlmək mümkündür. Polis dəstələri milliyyətçiləri ərazidən uzaqlaşdırmaqda çətinlik çəkir.

Onu da qeyd edək ki, Brulyova rayonunda çoxlu sayda azərbaycanlı yaşayır. Paytaxtın ən böyük meyvə-tərəvəz bazası olan “Pokrov” bazarı da bu rayonda yerləşir. Həmin bazarda çoxlu sayda həmyerlimiz çalışır.

Ekspertlər İqor Şerbakovun qətli ilə bağlı yaranan bu hadisəni 2010-cu ildə “Manej” meydanında baş verən hadisə ilə müqayisə edirlər. Belə ki, “Spartak” klubunun azarkeşi Yeqor Sviridovun qafqazlılarla dava zamanı öldürülməsi faktının təhqiqatını tələb edən minlərlə şəxs “Manej” meydanında aksiya keçirib. Aksiya iştirakçıları yaxınlıqdakı metro stansiyalarına gələrək, qeyri-slavyan görkəmli insanları, əsasən qafqazlıları döyməyə başlayıblar.

Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin İqor Şerbakovun qatilinin yaxalanması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, artıq şübhəli şəxs qismində bir neçə nəfərin şəxsiyyəti müəyyən edilib: “Qətli törədənin Rusiya vətəndaşı olmadığı məlumdur. Cinayəti tərədən şəxsin anket məlumatları hazırlanır ki, onun barəsində axtarış elan edilsin”.
1775 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40