Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Astara gömrüyündə "bardel"

Hər kiloqram çaya görə 10 dollar tələb olunur

Azərbaycanla İran arasındakı Astara gömrük keçid məntəqəsində qardaş ölkədən gətirilən çayın hər kiloqramı üçün 10 dollar məbləğində “keçid haqqı” tələb olunur. Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib.

Mənbənin sözlərinə görə, nəticədə sadə vətəndaşların şəxsi istifadə üçün gətirdikləri çay onlara bir neçə dəfə baha başa oturur: “İranda çayın bir kiloqramı Azərbaycan manatı ilə 15 manat olsa da, Astara gömrüyündə hər kiloqram çay üçün əlavə 10 dollar tələb olunur. Gömrük əməkdaşları bildirirlər ki, İrandan çay gətirilməsi ilə bağlı "manapoliya" mövcuddur və bu səbəbdən də Azərbaycana bu ölkədən çay keçirmək istəyən hər kəs çayın hər kiloqramı üçün 10 dollar məbləğində vəsait ödəməlidir. Bu isə o deməkdir ki, bir kiloqram çay vətəndaşa onun maya dəyərindən bir neçə dəfə baha başa gəlir və iqtisadi baxımdan səmərəsiz olur”.
Mənbənin məlumatına görə, çaya qanunsuz rüsumun qoyuluşu İrandan çay gətirilməsini böyük ölçüdə məhdudlaşdırıb.
1569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber