Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Bəşər Əsəd Suriyanı təmsil edəcək heyətlə görüşdü

Suriya prezidenti Bəşər Əsəd yanvarın 22-si keçiriləcək "Cenevrə-2" sülh konfransında iştirak edəcək nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Bəşər Əsəd Suriyanın müstəqilliyini qoruyaraq insanların iztirablarının və ümidlərinin təmsil edilməli olduğunu deyib. Suriya prezidenti həmçinin xaricdən müdaxilənin rədd edilməsinin vacibliyini vurğulayaraq, Suriya xalqının və ölkənin qorunmalı olduğunu bildirib.

"Suriya xalqının qəbul etməyəcəyi təqdirdə, Cenevrə görüşləri uğurlu olmayacaq, beynəlxalq razılaşmalar və sponsorların dəstəklədiyi qüvvələrin təzyiqi altında terrorizmə son qoymaq mümkün deyil", - deyə Suriyanın dövlət başçısı qeyd edib.

"Cenevrə-2" konfransına qatılacaq nümayəndə heyətinin üzvləri isə görüşdə Suriya xalqının istəkləri və terrora son qoyulması üçün ilk addım olaraq siyasi dialoqa başlayan Əsədin mövqeyindən çıxış edəcəklərini bildiriblər.

Qeyd edək ki, sabahkı konfransda Suriya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Valid əl-Müəllim başçılıq edəcək.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber