Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Cəmil Həsənli əklil qadağasına üsyan püskürdü

Cəmil Həsənli Şəhidlər Xiyabanındakı əklil qadağasına üsyan püskürdü
“Hakimiyyət ölkənin bütün milli-mənəvi dəyərlərini öz düşük düşüncə çərçivəsinə sığışdırmaq istəyir”

Milli Şuranın sədri, professor Cımil Həsənli Milli Şuranın Şəhidlər Xiyabanını ziyarət etməsi zamanı polis müdaxilə ilə üzləşməsinə münsaibət bildirib.
Cəmil Həsənli öz Facebbok səhifəsində bunları yazıb: "Milli Şura Şəhidlər xiyabanını ziyarət zamanı hakimiyyətin yeni bir rəzaləti ilə qarşılaşdı. Milli Şura adından şəhid ruhuna hazırlanmış əklili xiyabana buraxmaq istəmirdilər. Azərbaycan müstəqilliyi uğrunda canını fəda etmiş insanların abidəsi önünə əklil qadağası qoyulmuşdu. Şəhidlərin ruhuna bundan böyük həqarət ola bilməzdi. Korrupsiya içərisində boğulan, pul və sərvət yığmaqdan başqa ayrı bir amalı olmayan anti-milli hakimiyyətdən bundan artıq nə gözləmək olardı? Ziyarətə gələnlərin çoxu məşum 20 yanvar gecəsində şəhid məzarlarında yata biləcək istiqlal qəhrəmanları idi. Bu adamların gücü, xüsusilə gəncələrimizin iradəsi qarşısında geri çəkilməli oldular. Biz Milli Şura adından şəhid ruhlarına ərmağan olan əklilimizi abidə önünə qoyduq. Amma şok yaşadıq. Bu adamların nadanlığı, çılızlığı, milli-mənəvi dəyərlərdən uzaq olmaları o şoku yaşatdı bizə. Görünür, Azərbaycan hakimiyyəti ölkənin bütün milli-mənəvi dəyərlərini öz düşük düşüncə çərçivəsinə sığışdırmaq istəyir. Xalqın milli mücadiləyə qalxdığı, millətin azadlıq uğrunda canını fəda etdiyi dövrdə başını küncdə-bucaqda girləyən bu adamların başına bundan daha “ağıllı” bir fikrin gələcəyini düşünmürəm. Bir vaxtlar Xiyabanı ziyarət zamanı heç olmasa sağ tərəfdə Qarabağ şəhidlərinin baş daşından böylanan igidlərin mübarək simalarını görə bilirdik. Hansı “ağıllısa” sıx kollar əkərək canını vətən uğrunda fəda etmiş bu qəhrəmanları ziyarətçilərdən gizlətdilər. Bilmirəm milli qürur yerimiz olan Qarabağ döyüşçülərinin məzarlarını xalqdan gizlətməkdə bu hakimiyyətin mənzuru nədir. Bacarıqsız admların günahından 1994-cü ildə Murov əməliyyatında şəhid olmuş 400 Azərbaycan gəncinin yurd yeriı də “İkinci Fəxri Xiyabanın” arxasında, gözdən-qulaqdan uzaq dalda bir yerdə salınmışdır. Bütün dünya xalqları öz şəhid övladları ilə fəxr etdiyi halda, Azərbaycan iqtidarının şəhid ruhlarından bu qədər qorxusu, onların məzarlarını dalda yerlərdə saxlamasının ağlabatan bir izahı yoxdur. Bu, bir çoxlarında olmayan əxlaq və mənəviyyat məsələsidir. Qoy Mehmet Akif Ərsoyun şəhid ruhuna yazılmış bu təkrarsız ağısı yatmış vicdanları oyatsın və Azərbaycan qəhrəmanlarının ruhlarınna ərmağan olsun.

Ey bu topraklar için toprağa düşmüş əsgər,
Göydən əcdad enərək öpsə o pak alnı dəyər!
Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor peyqəmbər!"
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30
“Na