Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Şirvanda sahibkarlar yenidən aksiyaya hazırlaşır

Ticarət mərkəzinin rəhbərliyi yer haqqı tariflərini qaldırmaq üçün bir daha təşəbbüs göstərir
Şirvan şəhərində fəaliyyət göstərən "Şirvan" ticarət mərkəzində vəziyyət yenidən gərginləşib. İki ay yarım əvvəl olduğu kimi sahibkarlar yenə yarmarka rəhbərliyinin tələblərindən narazıdırlar və etiraz aksiyasına hazırlaşırlar.

Bu barədə musavat.com-un əməkdaşına məlumat verən mənbənin sözlərinə görə, ötən ilin noyabr ayının əvvəllərində ticarət mərkəzində yer haqqının qaldırılması təşəbbüsü sahibkarların dirənişi üzündən iflasa uğrasa da, hazırda "Şirvan" ticarət mərkəzinin rəhbərliyi yenidən qiymətləri qaldırmağa, sahibkarları sıxışdırmağa çalışır.

Sahibkarlar bildirirlər ki, hazırda düz-əməlli alverləri də yoxdur. Ətraf rayonlarda, Şirvanın özündə xeyli bu cür ticarət mərkəzləri açılıb və hamı evlərinə yaxın yerlərdə alış-veri. edir. Bu üzdən müştərilərimiz azalıb. Buna baxmayaraq, ticarət mərkəzinin rəhbərliyi yer haqqını artıra-artıra gedir. Belə çıxır ki, gün ərzində qazandığımız pulun hamısını bunlara verməliyik, evimizə çörək aparmamalıyıq. Belə zülm və özbaşınalıq olmaz. Boğaza yığılmışıq".

Qeyd edək ki, ötən il noyabrın əvvəlində sahibkarlar aksiya keçirmiş, nəticədə hadisə yerinə Şirvan şəhər İcra Hakimiyyətinin və polis şöbəsinin məsul şəxslər gələrək, ticarət mərkəzinin rəhbəri Hacı Əvəzağanı öz niyyətindən vaz keçirmişdilər./musavat/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber