Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Bəşər Əsəd: "İsrail rejimi Suriya və Misirin ortaq düşmənidir"

Suriya prezidenti Bəşər Əsəd sionist İsrail rejiminin Misir və Suriyanın ortaq düşməni olduğunu vurğulayıb.

Misirin Əl-Əhram qəzetinə müsahibə verən Əsəd sionist rejimin Suriya və Misirdə bəzi terror təşkilatlarına hərbi və maliyyə dəstəyi verdiyini bildirib. O, daha sonra qeyd edib ki, Misir və Suriya orduları sionist rejim ordusu ilə müharibədə 1973-cü ilin oktyabr qələbəsindən sonra indi də ortaq bir düşmənlə döyüşür, ancaq bu dəfə müharibə iki müsəlman ölkənin daxilində davam edir. Əsəd həmçinin bu müddətdə bəzi liderlərin və ölkələrin xəyanətlərinin də aşkara çıxdığını vurğulayıb.

Ölkəsinin bərpa prosesinə də toxunan Əsəd, Suriya xalqının Suriyanın dostlarının yardımı ilə ölkələrini yenidən quracağını qeyd edib./Deyerler
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP