Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Pan Gi Munun sözünü geri götürməsindən təəssüflənirəm

Pan Gi Munun sözünü geri götürməsindən təəssüflənirəm - İran XİN rəhbəri
"Biz əvvəldən Suriya üzrə sülh danışıqlarında iştirak etməkdə maraqlı deyildik."

SalamNews-un "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Aşqabada səfəri zamanı deyib.

O, BMT Baş katibi Pan Gi Mun tərəfindən İranın Suriya sülh danışıqlarına dəvət edilməsini və sonradan bu dəvətin geri götürülməsinə görə təəssüfləndiyini bildirib: "BMT baş katibi təzyiqlər nətizəsində təklifini geri götürüb. Buna görə təəssüf edirik. Əvvəldən bu danışıqlara getmək məsələsində maraqlı deyildik. Sadəcə olaraq, biz BMT-nın dəvətini qəbul etdik. Məqsədimiz XİN rəhbəri müstəvisində deyil, onun müavini müstəvisində iştirak etmək idi. Burada daha çox təəssüfləndiyim məqam var. BMT baş katibi cürət edib dəvətini geri götürməyinin səbəbini açıqlamır."
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber