Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Siyasi məhbusların sayı açıqlanacaq

Sülh və Demokratiya İnstitutunun Azərbaycanda olan vicdan məhbusları və siyasi məhbusların tam siyahısını elan edəcəyi məkan dəqiqləşib. İnstitutun rəhbəri Leyla Yunus “Media forum” saytına deyib ki, tədbir yanvarın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək: “Təqdimatda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü siyasi məhbus öhdəliyinin yerinə yetirilməsi vəziyyəti, AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin işi, vicdan məhbuslarının məhkəmə dinləmələrinin gedişi və planlaşdırılmış hökmlər haqqında məlumat veriləcək”.

Leyla Yunus qeyd edib ki, tədbirin keçirilməsi üçün bir neçə gün öncə paytaxtın “Diplomat”, “Park İnn”, “İSR Plaza” otellərinə və Bakı Mətbuat Mərkəzinə müraciət ediblər: “Hər üç otel və Bakı Mətbuat Mərkəzi tədbirin keçirilməsi üçün məkan ayırmağa hazır olduqlarını bildirmişdi. Qiyməti digərlərinə nisbətən daha münasib olduğu üçün “Diplomat” otelini seçdik. Amma sonradan otelin nümayəndəsi mənə zəng edərək tədbir üçün məkan ayıra bilməyəcəklərini söylədi”.
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber