Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Pərviz Həşimlinin vəkili şikayət verib

MTN-in istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin Səbail Rayon Məhkəməsinin qərarından şikayəti yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Yanvarın 17-də Səbail Rayon Məhkəməsi Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib. Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, Pərviz Həşimlinin ev dustaqlığına buraxılmaması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozuntusudur.

Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları odlu silahın və döyüş sursatının qaçaqmalçılığında ittiham edir.
1596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi