Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Rəşad Ramazanovun işindən kassasiya şikayəti veriləcək

Dindar bloqçu, Milli Elmlər Akademiyasının doktorantı Rəşad Ramazanovun işindən kassasiya şikayəti veriləcək.

Vəkil Azər Nağıyev “Media forum” saytına bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin dindar haqqında çıxardığı qərar əldə edilən kimi şikayət Ali Məhkəməyə göndəriləcək: “Şikayətdə Rəşad Ramazanova bəraət verilməsini istəyəcəyik”.

Rəşad Ramazanov ötən ilin may ayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Ötən il noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...