Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Nicat Əliyevin və dindarların məhkəmələrinin vaxtı məlum oldu

Məhkəmə iclası Bakı Apellyasiya məhkəməsində baş tutacaq

Nicat Əliyevin və dindarların apellyasiya məhkəməsi keçiriləcəyi vaxt məlum oldu.
Bu barədə İslamazeri.az-a vəkil Yalçın İmanov məlumat verib.

Yalçın İmanov saytımıza açıqlamasında qeyd edib ki, “Yanvar ayının 31-i saat 11:00-da Nicat Əliyev və onunla birlikdə həbs olunan digər şəxslərin apellyasiya şikayətinə baxılacaq. Məhkəmə iclası hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutacaq.”

Qeyd edək ki, Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Zeynal Ağayevin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber