Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Bəşər Əsəd: “Prezidentliyə namizədliyimi verməmək üçün heç bir səbəb yoxdur”

Bazar ertəsi AFP-yə müsahibəsi zamanı Bəşər Əsəd müxalifətin istefa tələbinə baxmayaraq iyun ayında keçirilən seçkilər zamanı öz namizədliyini irəli sürəcəyini bildirib.

Rusiya KİV-i xəbər verir ki, “Əgər ictimaiyyət məni prezident olaraq görmək istəyirsə, prezidentliyə namizədliyimi irəli sürməmək üçün heç bir səbəb yoxdur.

Qısası deməliyəm ki, namizədliyimi irəli sürmək şanslarım yüksəkdir” - deyə Bəşər Əsəd qeyd edib.

Xatırladaq ki, bazar günü Dəməşqdə Rusiya parlament nümayəndələri ilə görüş zamanı Əsəd prezident seçkilərində iştirak etmək istədiyini söyləyib:

“Əgər təslim olmaq istəsəydik ən başdan təslim olardıq. Biz vətənimizin keşiyində durmuşuq. Bu məsələ müzakirə mövzusu ola bilməz. Seçkidə kimin iştirak edəcəyinə yalnız suriya xalqı qərar verə bilər”.
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı