Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Qara yumurta üzərində maraqlı müşahidə

Cəlilabad rayonunda qeyri-adi hadisə baş verib. Rayonun Uzuntəpə kənd sakini Mailxan Paşayevə məxsus təsərrüfatdakı ördəklərdən biri quş hinində qara yumurta yumurtlayıb.Təsərrüfat sahibi deyir ki, qara yumurtanı gördükdə təəccüblənsə də, onu yenidən yuvasına qoyub. Üzərindən bir neçə gün keçdikdən sonra yuvaya baxdıqda ördəyin yumurtladığı yumurtaların rənginin yenə də qara olduğunu görüb. Maraqlısı odur ki, qara yumurtalardan birini sındırıb içinə baxan Mailxan Paşayev onun mayasının da qara olduğunu görüb. Hazırda isə təsərrüfat sahibi bu yumurtalardan çıxacaq ördək balarının sağlam olub-olmayacağını görmək üçün ördəyin yumurtalarını toplamağa başlayıb.


1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat