Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Bakı – Bağdad birbaşa aviareysi açılır

İraq hökuməti xarici ölkələrdən, o cümlədən Azərbaycandan gələn zəvvarların təhlükəsizliyini təmin edir.

Bunu bu gün keçirilən mətbuat konfransında İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak deyib.

Səfir həmçinin İraqda Azərbaycan səfirliyinin açılması məsələsinə toxunub.

“Azərbaycan hökuməti bu məsələyə xüsusi önəm verir. Səfirliyin ilin sonunadək açılması planlaşdırılır”, - deyə diplomat qeyd edib.

Bakı – Bağdad birbaşa aviareysinin açılmasına gəldikdə isə səfir bəyan edib ki, bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşıb: “Qalır xırda texniki məqamlar - İraq vətəndaşlarına Bakıda Heydər Əliyev Hava Limanında vizaların verilməsi məsələsi. Reyslər həftədə dörd dəfə yerinə yetiriləcək. Artıq hətta biletlərin qiyməti də müəyyənləşdirilib. Biz ilk aviareysin yaxın zamanlarda baş tutacağını gözləyirik”./ans/
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.07.17, 10:21
Əməldə filosof!
19.07.17, 15:30