Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

“Əl-Qaidə” sabah Türkiyədə partlayışlar törətməyə 20 nəfər göndərib

Türkiyənin xüsusi xidmət orqanları sabah İsveçrənin Montre şəhərində keçiriləcək Suriya konfransını sabotaj etmək üçün “əl-Qaidə”yə bağlı “İraq Şam İslam Dövləti” qruplaşmasının Ankara, İstanbul və Hatayda eyni vaxtda terror partlayışları törətməyə hazırlaşdığı barədə xəbərdarlıq yayıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanları partlayışları törətmək üçün qruplaşmanın 20 nəfərlik qrup göndərdiyini müəyyən edib.

“İraq Şam İslam Dövləti” qruplaşmasına mənsub 20 şəxsin iri otellərdə, xüsusən Türkiyəyə sığınmış suriyalı müxaliflərin toplantılarını keçirdikləri yerlərdə partlayışlar törətməyə hazırlaşdığı bildirilir. Milli İstihbarat Təşkilatının əldə etdiyi məlumatlara görə, qrupa Türkiyədə öldürməli olduqları bəzi şəxslərin də adları verilib.

Xəbərlərə görə, terror aktlarının yanvarın 22-24-ü arası törədiləcəyinə dair hazırlıqlar aparılır. Türkiyənin xüsusi xidmət və polis qüvvələrinə terror aktlarının qarşısını almaq üçün həyəcan siqnalı verilib.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP