Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

"İran özü bu görüşdən imtina etdi"

Zərdüşüt Əlizadə: “İranın “Cenevrə-2” konfransında iştirak etməməsi, konfransda heç bir razılığa gəlinməyəcəyi deməkdir”

BMT baş katibi Pan Gi Mun Cenevrə-2 konfrnsının İranın iştirakı olmadan keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Buna səbəb İran İslam Respublikasının konfransdan imtinasi ilə əlaqədardır. İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai isə açıqlama yayaraq bildirib ki, əgər Cenevrə-2 konfransına qatılmağın ilkin şərti Cenevrə-1 konfransının mətnini qəbul etməkdirsə, bu zaman rəsmi Tehran heç bir vəchlə həmin konfransda iştirak edə bilməz.

Deyerler.Org-a konfransla bağlı fikirlərini bölüşən politoloq Zərdüşüt Əlizadə bildirib ki, görüş çox məhdud bir çərçivədə baş tutacaq: “İran özü bu görüşdən imtina etdi. Çünki onlar müəyyən şərtlər irəli sürmüşdülər. Həm də müxalifətin barışmaz Səudiyyə Ərəbistanla bağlı hissəsi İranın iştirakını, vasitəçiliyini qəbul etmədi. Bunun mənası odur ki, görüş çox məhdud bir çərçivədə baş tutacaq. Tərəflər müəyyən razılaşmalara gəlməyəcəklər və ya razılaşmaya gəlsələr də, bu proses çox uzun çəkəcək.

Digər tərəfdən də Suriyada müharibə davam edəcək və itkilər də davam edəcək. Suriyanın xarabalığa çevrilmə prosesi də artan istiqamətdə inkişaf edəcək”.

Politoloq Suriyadakı prosesin həlli istiqamətindəki atılacaq addımlara da işarə edərək bildirib ki, ilk növbədə müxalifətə olan yardımlar azaldılmalıdır: “Mürtəce Səudiyyə Ərəbistanı, Qətər və Qərb öz külli miqdarda olan yardımlarına bir daha nəzər salmalıdırlar. Əgər müxalifətə olunan dəstəklərini dayandırsalar, müxalifət indiki qudurğan rolundan geri çəkilər. Bu da nəhayətdə barışıq yaratmaqda müəyyən şəraitin yaranmasına vasitə ola bilər”.
1591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber