Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Kiyevdə etirazçılarla milis arasında yenidən qarşıdurma başlayıb

Ukraynanın paytaxtı Kiyevdə, “Dinamo” stadionu yaxınlığındakı Qqruşevski küçəsində etirazçılar milis əməkdaşlarına yandırıcı maye ilə doldurulmuş şüşə qabları (“Molotov kokteyli”) partlayıcı paketləri atmağa başlayıb.

“RBK-Ukrayna”nın verdiyi xəbərə görə, etirazçılar yandırıcı maye ilə doldurulmuş şüşə qablarını Mariinin parkı istiqamətində dayanmış asayiş keşikçilərinə atır. Məlumata görə, etirazçıların həmləsi intensiv xarakter daşımır.

“RİA Novosti”nin xəbərinə görə, milis əməkdaşları, buna cavab olaraq, etirazçılara qarşı səs qumbaralarından istifadə edir.

Qeyd edək ki, vəziyyət Kiyevdə yanvarın 19-da, iğtişaşlara görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunların qəbulundan sonra, gərginləşib.
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 21:31