Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Biləsuvar sakini ov tüfəngi ilə özünü öldürüb

Azərbaycanın Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Hadisə yanvarın 21-də günorta saatlarında rayonun Əmənkənd kəndində qeydə alınıb. Kənd sakini,1968-ci il təvəllüdlü Çingiz Lətif oğlu Babayev yaşadığı evin həyətində ov tüfəngi ilə özünü güllələyib.

Ç.Babayev aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Rrokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa/
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP