Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

85 nəfərin pulu 3 mlrd insanın sərvətinə bərabərdir

Oksfam insan haqları qrupu deyir ki, dünyanın 85 ən zəngin insanının sərvəti bütün dünya əhalisinin yarısının büdcəsinə bərabərdir.

Bu həftə İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi Dünya İqtisadi Forumunda hökumətlər və biznes liderlərinin görüşü ərəfəsində bu gün Oksfam qlobal qeyri-bərabərliyə dair araşdırmanı açıqlayıb.

Hesabatda deyilir ki, zəngin elita aşağı vergilər vermək, sərvətlərini ofşor hesablarda saxlamaq və öz maraqlarına xidmət etmək və aşağı gəlirli insanların maraqlarına zidd addımlar üçün siyasi güclərindən istifadə edib.

Hesabat maliyyə nizamsızlıqlarının, vergidən yayınma üsulları və sirləri, eləcə də siyasi manevrlərlə ictimai xidmətlərdə ixtisarlar və az yatırımların siyahısını açıqlayıb.

Sənəddə deyilir ki, belə siyasət dəyişikliklərinin təsiri yalnız varlı təbəqənin sərvətinə və siyasi təsirində özünü büruzə vermir, həm də növbəti nəsli təminat altına alır.
1428 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber