Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Bəşər Əsədin naziri BMT baş katibi ilə görüşə bilmədi

Suriya xarici işlər naziri Vəlid Müəllim BMT-nin baş katibi Pan Gi Munla görüşə bilməyib. Ans Rusiya mətbuatına istinadla xəbər verir ki, buna səbəb Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina aeroportunda yubanması olub.

Məlumata görə, görüş "Ceneverə-2" beynəlxalq konfransı ərəfəsində İsveçrənin Montrö şəhərində yanvarın 21-nə təyin edilmişdi.

Məlumata görə, suriyalı diplomatları daşıyan təyyarənin əlavə yanacaq doldurma ilə bağlı problemi olduğuna görə müvəqqəti olaraq Afina aeroportuna eniş edib. Təyyarə İsveçrəyə uçmamışdan öncə aeroportda 4 saat vaxt itirib.

Yunanıstanın rəsmi şəxsləri gecikməyə görə Suriya nümayəndə heyətindən üzr istəyiblər.
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP