Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Beynəlxalq hicab günü keçiriləcək

Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır

Fevralın 1-də keçiriləcək Hicab günündə bütün dünyadan olan, demək olar, 1 milyon qadın müsəlman örtüyü barədə məlumat verilən müxtəlif tədbirlərdə iştirak edəcək.

İnterAz-ın “OnIslam.net”ə istinadla verdiyi xəbərə görə, bu müsabiqə artıq ikinci ildir, keçirilir.

Bildirək ki, Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Ötən il Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub.

Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirmək üçün Nazmaya müraciət ediblər.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18