Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Həkim terroru davam edir: daha bir nəfər öldü

Burun çəpərindən əməliyyat olanan 32 yaşlı Seymur Zəkiyevin bir ay sonra vəziyyəti ağırlaşdığından o dərhal 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Ancaq cəmi 3 gün orada müalicə ala bilib. Həkimlər onun dərdini tam müəyyən etməmiş Seymur canını tapşırıb. Hər halda, mərhumun yaxınları belə deyir. Onların fikrincə, 2 uşaq atasının belə vaxtsız vəfatında həkimlər günahkardır.

Mərhumun qardaşı Elşən Zəkiyev: “Səhər gətirdik. Axşam gəlmişdik yanına danışırdı. Əməlli başlı gəzirdi. Həmin günün səhərisi bizdən bir nəfər getmişdi onun yanına görüb ki, yıxılıb yerə başının üstündə tibb bacısı da yoxdu. Qışqır-bağır 9 nəfər güclə tutub sistem köçürtdülər. Güclə sakitləşdirdilər”.

Mərhumun atası Nəsrulla Zəkiyev: “Axırıncı variant bu oldu ki, bilmirdilər onun xəstəliyi nədir? Mən qərar vermirdim, onun beynindən maye götürməyə. Bunlar 30 qram çox su götürüblər. Özü də içi qanlı, Lazım olsa göstərə bilərəm. Onun beynini zədələyiblər”.

Deyir əvvəl miningit dedilər, sonra isə beyninə qan sızma diaqnozu qoyuldu. Mərhumun qohumlarının fikrincə əgər xəstə beyninə qan sızmadan ölsəydi, bu hal başın tamaqrafiyasında da özünü göstərərdi. Ancaq əvvəlki analizlər təmiz çıxıb. Odur ki, onlar adı çəkilən xəstəxananın baş həkiminin üzə çıxmasını tələb etdilər. Yollandıq 1 Saylı Sumqayıt Şəhər Xəstəxanasına. Baş həkim də əvvəl mərhumun qohumlarına baş sağlığı verdi, sonra isə sözə başladı. Dedi xəstə ayın 18-i yüksək hərarətlə xəstəxanaya daxil olunub. Vəziyyəti ağır olduğuna görə isə reanimasiyaya yerləşdirilib.

Baş həkim Nazim Hüseynquliyev: “Diaqnoz xəstədə miningit olmuşdur. Müalicənin gedişində müayinə aparmaq üçün simptanm punkt olmuşdur. Bu zaman qan elementləri aşkara çıxmışdır. Ona görə də xəstəlik diaqnozuna əlavə olaraq koma beyin ölümü diaqnozu qoyulmuşdur.”.

Axırıncı müayinədə onurğadan mayenin düzgün götürülməməsi səbəbindən xəstənin həyatını itirməsi ittihamına da Nazim həkim aydınlıq gətirdi.

Baş həkim Nazim Hüseynquliyev: “Qan olması beyində qansızmanın olmasını göstərən əlamətlərdəndir. Bu da xüsusi bir müayinədir.”.

Şikayətçilərin susmaq fikirləri yoxdur. Odur ki, artıq onlar məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib və bu işdə günahı olan həkimin cəzalanmasını istəyirlər. Nə deyirik, təki danışan qanun olsun./ans/
1601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber