Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Mandarinin möcüzəvi faydaları

Qış mövsümünün meyvələrindən sayılan mandarının (naringi) insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə etsəniz, bu həm artıq çəki almanıza mane olacaq, həm də sizi bir sıra xəstəliklərdən qoruyacaq.

Mandarinin faydaları:

- Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla, istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyər.

- Madarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur.

- Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin, ömür boyu sağlamlığınızı təmin edir.

- Ayrıca olaraq narıngi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir.

- Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir.

- Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir.

- İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber