Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Ukraynada keçirilən etiraz aksiyalarında ilk ölüm faktı qeydə alınıb

Ukraynada Yanukoviç hakimiyyəti əleyhinə keçirilən etiraz aksiyalarında ilk ölüm faktı qeydə alınıb.

Adı açıqlanmayan mitinqçinin hansı şəraitdə öldüyü haqda ziddiyyətli məlumatlar var. BBC-nin Ukrayna müxbiri gənc nümayişçinin 4 güllə yarası aldığını və bu gün səhər yerli vaxtla saat 07.30-da keçindiyini bildirib. Meyiti müayinə etmək üçün tibb məntəqəsinə tibbi ekspert və milis gəlib.

Ukrayna saytları isə gənc fəalın hökumət binasının yerləşdiyi Qruşevsk küçəsində nümayişçilərlə milis arasındakı toqquşma zamanı “Dinamo” stadionunun 13 metrlik sütunundan yerə düşdüyünü və yanvarın 21-də öldüyünü xəbər veriblər.
1302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber