Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

«Masallı sakinləri kimi bunun sonuna çıxacağıq»

Şıxlar kənd sakinləri Bakı-Astara şossesini bağlayıb

Masallı rayonunun Şıxlar kənd sakinləri Bakı-Astara şossesini bağlayıblar. Səbəbi isə icra başçısı Rafil Hüseynovun onların qəbul etmək istəməməsidir.

"Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov isə "Axar.az"a açıqlamasında bildirib ki, Masallıda əhalinin bu narazılığının əsl səbəbi Aşıq Telli Borçalının 20 Yanvar hüzün günündə Masallıda toyda iştirak etməsini bildirməsidir: "Hazırda Masallı Rayon İcra Hakimiyyətinin binasında yetkililərlə görüşürəm. Bura Masallı camaatı yığışıb və 20 Yanvar günündə toy edilməsi xəbərini özlərinə təhqir hesab etdiklərini, bunun aydınlaşmasını tələb edirlər. Bura yığışan əhali də, İcra Hakimiyyətinin və polisin nümayəndələri də belə bir toy mərasiminin olmadığını bildirirlər. Aşıq Telli Borçalının toy xəbəri yalandır, yəqin ki, biz masallılar bunun sonuna çıxacağıq"./faktxəbər/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi