Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Ötən il 2480 azərbaycanlı əcnəbi ilə evlənib

Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları artıb

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

Ötən 2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanmışdı.
Bununla yanaşı, Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2012-ci ilə nisbətən bağlanan nikahların sayı da 10,3% artıb. Belə ki, 2012-ci ildə ölkədə 78 480 nikah bağlanmışdısa, ötən il ailə quranların sayı artaraq 86 594-ə çatıb. Bununla yanaşı, ölkədə nikahın pozulması ilə bağlı 11 849 fakt qeydə alınıb. Bu isə o deməkdir ki, 2012-ci ilə nisbətən boşanma hallarının sayı 6 % artıb. Halbuki 2012-ci ildə bu rəqəm 11 min 182 fakt təşkil etmişdi.
1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP