Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Fəthullah Gülen hərəkatı Türkiyə müxalifətini dəstəkləyə bilər

“Ərdoğan islahatlar yolundan ayrıldı. Türk xalqı son iki ildir demokratik proses tərs çevrildiyi üçün üzgündür”. Bunu tanınmış türk moizəçi, “Camaat”ın ABŞ-da yaşayan lideri Fəthullah Gülen “Wall Street Journal”a verdiyi müsahibədə deyib.

Məlumata görə, Türkiyədə baş verən 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra heç bir mətbu orqana bu barədə açıqlama verməyən Gülen ilk dəfə e-mail vasitəsilə “Wall Street Journal”ın suallarına cavab verib.

Liderlik etdiyi hərəkatın AKP-yə (hakim Ədalət və İnkişaf Partiyası) siyasi alternativ olmasına müsbət baxdığını deyən Gülen, hərəkatın CHP-yə (müxalifətçi Cümhuriyyət Xalq Partiyası) dəstək verə biləcəyini də istisna etməyib.

“Fürsət düşəndə hərəkat üzvləri də digər vətəndaşlar kimi öz dəyərləri ölçüsü ilə seçkilərini edəcəklər. İnsanlar seçimlərini öz dəyərlərini paylaşanlarla eyni eyni istiqamətdə edə bilərlər.


Dəyişilən tərəfin Ərdoğan olduğunu deyən Fəthullah Gülən özlərinin olduqları yerdə dayandıqlarını bildirib.

“Dəyərlərimiz və dayandığımız yer dəyişilməyib. Siyasi aktyorların dayandığı yerin dəyişilib-dəyişilmədiyinə türk ictimaiyyəti və obyektiv müşahidəçilər qərar verməlidir”.


Qeyd edək ki, Gülen 2010-cu ildə də “Mavi Mərmərə” hadisələri barədə fikirlərini “Wall Street Journal”da açıqlamışdı. Hərəkat lideri İsraildən izn alınmadan Qəzzaya yardım aparılmasını tənqid etmişdi. /ans/
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...