Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Bakıda doğuş zamanı komaya düşən ana öldü

Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən və komaya düşən ana bu gecə dünyasını dəyişib. Bu barədə qızın atası Nadir Lalayev ans-ə məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib.

Sonradan Günayı yenidən əməliyyat etsələr də, heç bir xeyri olmayıb və qadın komaya düşüb. Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP