Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Snouden Rusiya casusu olmadığını bəyan etdi

Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden Rusiya casusu olması barədə iddiaların doğruluğunu təkzib edib.

Ans-in məlumatına görə, Snouden Amerikanın "New Yorker" jurnalına müsahibəsində bu iddiaları cəfəngiyyat adlandırıb.

Edvard Snouden vurğulayıb ki, onun sırf təkbaşına, nəinki hansısa hökumətin, hər hansı insanın belə köməyi olmadan hərəkət etdiyi lap başdan açıq-aydın olub.

"Mənim Rusiya casusu olmadığımı əvvəlcə Honq-Konqa getməyim, sonra isə Moskvanın "Şeremetyevo" hava limanında ilişib qalmağım da sübut edir. Casuslarla daha yaxşı rəftar edirlər", - deyə sabiq kəşfiyyatçı müsahibəsində bildirib.
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP