Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2014

Erməni kəşfiyyatı təmas xəttini keçməyə cəhd göstərib

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyindən ans-ə verilən məlumata görə, erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə tutulub.
1815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49